AZ

Rəsmi Moskva sanksiyaların ləğvi üçün ABŞ a 12 trilyonluq layihə təklifi xəbərini təkzib edib

Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiyanın sanksiyaların aradan qaldırılması üçün ABŞ-a 12 trilyon dollarlıq layihələr təklif etməsinə dair xəbər feykdir.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev bildirib.

O, "The Economist" jurnalının xəbərini saxta adlandırıb.

Dmitriyev qeyd edib ki, sanksiyaların ləğvi nəticə etibarilə ABŞ-ın özünün maraqları ilə diktə ediləcək.

Onun sözlərinə görə, Amerika şirkətləri Rusiya bazarını tərk etməklə artıq 300 milyard dollardan çox itiriblər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
5
apa.az

6Mənbələr