AZ

I Liqa: Şəfa vahid lider oldu

Fanat portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycan I Liqasında XV tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, ikinci oyun günündə 3 matç baş tutub.

Turun mərkəzi oyununda çempionluğa iddialı iki komanda - "Şəfa" ilə "Mingəçevir" üz-üzə gəlib. Prinsipial matçda qapılara 4 qol vurulub. Paytaxt təmsilçisi startda 2 qol vuraraq önə keçsə də, qonaqlar məğlubiyyətdən qaça biliblər. Oyunu azlıqda başa vurmasına rəğmən görüşdən 1 xal qoparan "Şəfa" vahid liderliyə yiyələnib.

Günün digər qarşılaşmalarına gəlincə, "Zaqatala" "Difai" üzərində əzmlar qələbə qazanıb. "Şahdağ Qusar" isə autsayder "Şimal"ı çətinliklə yenib. 

Dünən keçirilən oyunlarda MOİK "Səbail"i 1:0 hesabı ilə yenib, "Baku Sportinq" isə "Cəbrayıl"ı 2:1 hesabı ilə üstələyib.  

Azərbaycan I Liqası

XV tur

19 fevral

“Şəfa” – “Mingəçevir” 2:2

Qollar: N.Əliyev, 2. E.Zamanov, 8-pen. - C.Cəbrayılov, 63. T.Fərmanov, 90+4.

“Zaqatala” – “Difai” 2:1

Qollar: K.Qardaşlı, 61; 65 - V.Ondo, 12.

“Şimal” – “Şahdağ Qusar” 0:1

Qol: V.Əliyev, 40.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
1
fanat.az

2Mənbələr