AZ

Dəmir yolu ətrafında bu tikililər… ADY

Axar.az saytına istinadən ain.az xəbər verir.

Dəmir yolu ətrafında yerləşən sıx tikililər təhlükəsizlik üçün riski artırır.

Bu barədə Axar.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Bildirilib ki, bu cür ərazilərdə insanların qatar yoluna çıxması, relslərə kənar əşyaların qoyulması, nəzarətsiz buraxılan heyvanların qatarın qarşısına çıxması, eləcə də digər təhlükəli hallar daha çox qeydə alınır.

Səhmdar cəmiyyəti qeyd edir ki, neqativ halların baş verməməsi üçün isə maşinistlər tez-tez təcili tormozlama etməyə məcbur qalır:

"Amma bəzən toqquşmalar qaçılmaz olur. Təhlükəsizlik hər birimizin məsuliyyətidir. Yolların təhlükəsiz olması üçün qaydalara diqqət edək, ehtiyatlı davranaq".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
85
8
axar.az

10Mənbələr