ain.az bildirir, Milli.az saytına əsaslanaraq.
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında aktrisa İlqarə Tosovanın 60 illik yubileyi qeyd olunub.Mədəniyyət və incəsənət nümayəndələrinin iştirak etdikləri tədbirdə teatrın direktoru Naidə İsmayılzadə çıxış edərək aktrisanı yubiley münasibətilə təbrik edib, onun səhnə fəaliyyətindən söz açıb. Aktrisaya teatrın fəxri diplomu və gül dəstəsi, həmçinin, Teatr Xadimlər İttifaqı tərəfindən təsis edilmiş "Qızılgül" mükafatı təqdim edilib.
Daha sonra Ayşad Məmmədovun və İlqarə Tosovanın iştirakı ilə yubiley münasibəti ilə hazırlanan "Polkovnikə məktub" tamaşası nümayiş olunub.
Birhissəli səhnə əsərinin müəllifi İlqarə Tosova, quruluşçu rejissoru və musiqi tərtibatçısı Ayşad Məmmədov, quruluşçu rəssamı Mələksimadır.
Bir-birlərini sevən iki cütlüyün uzun illər yaşadıqları birgə həyatın fonunda başlarına gələn kədərli hadisələr, çıxılmaz situasiyalar tamaşaçıları dərindən düşünməyə vadar edir.
Milli.Az
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.