Qol.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
"Qarabağ"a 4 qol vurdu, həftənin ən yaxşı oyunçusu seçildi
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk matçlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.
QOL.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu ada "Nyukasl"ın üzvü Entoni Qordon layiq görülüb.
İngiltərəli vinger UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən sorğuda rəqibləri olan Dezire Due (PSJ), Patrik Şik ("Bayer") və Kasper Hoqunu ("Bodo /Qlimt") qabaqlamağı bacarıb.
Xatırladaq ki, Qordon "Nyukasl"ın Bakıda "Qarabağ"a 6:1 hesabı ilə qalib gəldiyi matçda 4 qol müəllifi olaraq komandasının qələbəsində əsas pay sahibi olub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.