AZ

Daşkənddə Azərbaycan Özbəkistan mədəni əməkdaşlığı müzakirə olundu FOTOLAR

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ötən il “Özbəkistanın mədəniyyət elçisi” ünvanı və medalı ilə təltif olunan Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva və Azərbaycanın Əməkdar artisti, Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib Paşazadə Özbəkistanın Daşkənd şəhərinə səfər ediblər.Demokrat.az xəbər verir ki, səfər çərçivəsində Günay Əfəndiyeva və Sahib Paşazadə özbək xalqının böyük şəxsiyyətləri Əlişir Nəvainin 585 illiyi və Zahirəddin Məhəmməd Baburun 543 illiyi münasibətilə təşkil olunmuş təntənəli konsert proqramında fəxri qonaq qismində iştirak ediblər.Həmçinin, Mədəniyyət elçiləri Özbəkistan Respublikasının mədəniyyət nazirinin birinci müavini Bahadur Əhmədov ilə görüş keçirib.  Görüşdə Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında qarşılıqlı etimada əsaslanan səmimi qardaşlıq münasibətlər iki ölkənin strateji tərəfdaşlığın möhkəmlənməsində mühüm rol oynayır. Dövlət başçılarının qarşılıqlı səfərləri və imzalanan sənədlər mədəni-humanitar əməkdaşlığın daha da genişlənməsinə və institusional əsasda möhkəmlənməsinə mühüm təkan verir.Görüşdə Qarabağda həyata keçirilən bərpa və yenidənqurma prosesində Özbəkistanın göstərdiyi dəstək məmnunluqla qeyd olunub. 

2025-ci ilin dekabr ayında Azərbaycanda Özbəkistan Mədəniyyət Günlərinin uğurla keçirilməsi xüsusi vurğulanıb.Tərəflər müştərək tarixi köklərə, adət-ənənələrə və bütövlükdə Türk Dünyasının zəngin mədəni irsinin qorunmasının əhəmiyyətinə diqqət çəkiblər.Digər layihələrlə yanaşı, ötən il Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin təşkilatçılığı ilə görkəmli özbək yazıçı Abdulla Qədirinin “Ötən günlər” romanının Bakıda böyük uğurla səhnələşdirilməsi vurğulanıb. Həmçinin, 2025-ci ilin dekabrında gerçəkləşdirilən Azərbaycan–Özbəkistan rəssamlarının “İpək yolu üstündə dostluq” adlı birgə onlayn sərgisi iki qardaş ölkənin mədəni birliyinin növbəti nümunələrindən biri kimi yüksək qiymətləndirilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
41
1
demokrat.az

2Mənbələr