AZ

Benefisiar: Asudə vaxtın həmyaşıdlarla keçirilməsi tənhalığı unutdurur

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 19 fevral, N.Həsənova, foto Səfiyar Məcnun, AZƏRTAC

Altmış üç yaşım var, yaşayış yerim yox idi. Öyrəndim ki, belə bir müəssisə var, müraciət etdim. Hər kəsdən və yaradılan şəraitdən çox razıyam. İstilik, hamam, televiziya və oyun otaqları var. Domino, şahmat oynayırıq. Darıxmağa səbəb yoxdur. Burada qalanların hamısı ilə ünsiyyətim var, bir-birimizin qayğısına qalırıq.

Bu barədə AZƏRTAC-a Bakının Zabrat qəsəbəsində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin Müəyyən yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslərin sosial reabilitasiyası şöbəsinə yerləşdirilən Rasim Abışov bildirib.

Sosial işçilər həssas qrupdan olan şəxslərə göstərdiyi qayğını qeyd edən müsahib daha sonra bunları vurğulayıb: "Həyat yoldaşım vəfat edib. Müəssisəyə gələnədək işləyirdim. Burada qayğımızı çəkirlər. Asudə vaxtımı həmyaşıdları ilə keçirmək tənhalığımı unutdurur".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
83
1
azertag.az

2Mənbələr