Vaşinqtonda bir qrup radikal ünsürün təxribat xarakterli hərəkətlərə cəhd göstərdiyi bildirilir. Məlumata görə, onlar dövlət rəhbərliyinə qarşı təhqiramiz və qeyri-etik ifadələr səsləndirib, eyni zamanda mühafizə olunan əraziyə daxil olmağa çalışıblar.
Hadisə zamanı Dövlət Mühafizə Xidməti operativ şəkildə müdaxilə edərək vəziyyəti nəzarət altına alıb və mümkün insidentin qarşısını alıb. İlkin məlumatlara əsasən, insident nəticəsində ciddi pozuntu qeydə alınmayıb.
Sosial şəbəkələrdə yayılan videogörüntülərdə radikal qrup üzvlərinin açıq şəkildə nalayiq ifadələr işlətdiyi eşidilir. Vurğulanır ki, görüntülər hadisənin təxribat xarakteri daşıdığını göstərir.
Qeyd edək ki, Dövlət Mühafizə Xidmətinin əməkdaşları ABŞ polisi ilə koordinasiyalı şəkildə fəaliyyət göstəriblər.