AZ

Parisdən İrəvana 100 milyon avroluq DƏSTƏK...

ain.az, Sia Az portalına istinadən məlumat verir.

Fransa növbəti dəfə Ermənistana böyük miqdarda maliyyə dəstəyi ayırıb. Məlum olub ki, Ermənistan su və irriqasiya infrastrukturunun modernləşdirilməsi üçün Fransanın İnkişaf Agentliyindən (AFD) 100 milyon avroya qədər maliyyə əldə edəcək.

Məlumata görə, proqram Dünya Bankının WISE layihəsi çərçivəsində həyata keçiriləcək. Layihə Sünik bölgəsində — Sisian, Gorus və Meğri icmalarında suvarma sistemlərinin bərpasını nəzərdə tutur.

Mətləb

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
1
sia.az

2Mənbələr