Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp İrana qarşı müxtəlif addımları, ocümlədən Tehranı nüvə sazişini imzalamağa məcbur etmək üçün məhdudzərbə ehtimalını nəzərdən keçirir.
Trend-in məlumatına görə, bu barədə "The Wall Street Journal"qəzeti yazıb.
"Prezident Tramp ölkəni nüvə sazişi çərçivəsində tələbləriniyerinə yetirməyə məcbur etmək üçün əvvəlcə İrana məhdud hərbi zərbəendirmək ehtimalını qiymətləndirir", - deyə bildirilib.
Qeyd edilib ki, bu, Tehranın razılaşmaya razılıq verməsi üçünona təzyiq göstərmək məqsədilə atılan ilk addımdır, lakin bu addım“ciddi cavab tədbirlərinə səbəb ola biləcək genişmiqyaslı hücumsəviyyəsinə çatmır”.