AZ

Mehdiyev işi ətrafında müəmma Pərdəarxasında nələr baş verir?

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “Ramiz Mehdiyev işi” ilə bağlı yaydığı son məlumatlar ictimai müzakirələri daha da gücləndirib. DTX-nin açıqladığı siyahının prosesin yekunu olmadığı, araşdırmaların davam etdiyi və yeni həbslərin ola biləcəyi ilə bağlı iddialar səsləndirilir. Bu fonda “Ramiz Mehdiyev işi”ndə adı hallanan sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin istintaqa cəlb olunub-olunmadığı da sual doğurur. Qeyd edək ki, bir müddət əvvəl onun Türkiyədən Azərbaycana deportasiya edildiyi barədə məlumat yayılıb.

DTX-nin “Ramiz Mehdiyev işi” ilə bağlı yaydığı son açıqlama hansı nəticələr doğuracaq? Yeni həbslər gözlənilir? Gültəkin Hacıbəyli istintaqa cəlb edildimi?

Globalinfo.az-a danışan Ağ Partiya sədri Tural Abbaslı deyib ki, Ramiz Mehdiyevlə bağlı iş cəmiyyətin gözlədiyi sürət və miqyasda davam etmir:

“Dörd aydan artıqdır ki, məsələ ilə bağlı müxtəlif məlumatlar yayılırdı, nəhayət, DTX rəsmi bir videoçarx təqdim etdi. Lakin açılan cinayət işlərinin və saxlanılan şəxslərin sayına baxdıqda, prosesin əhatə dairəsinin hələ ki məhdud olduğu görünür. Bu da cinayət işinin real əhatə dairəsi deyil. Bu baxımdan yeni həbslər qaçılmazdır. Dövlət çevrilişinə iddia edilən cəhdin hansı tarixdə baş verdiyi, kimlərin iştirak etdiyi və istintaqın konkret istiqamətləri barədə ictimaiyyətə dolğun məlumat verilməyib. Ona görə də mövcud şəraitdə qəti nəticə çıxarmaq çətindir. Son videogörüntülərdə həm 2013-cü il prezident seçkiləri dövründəki Milli Şura ilə bağlı məqamlar, həm də 2025-ci ilin avqust ayına aid Ramiz Mehdiyevin telefon danışıqları təqdim olunub. Hazırda bu yöndə xaotik bir vəziyyət yaşanır. Çünki fərqli dövrləri əhatə edən bu materiallar hadisələrin xronologiyası və mahiyyəti baxımından aydın mənzərə formalaşdırmır”.

Tural Abbaslı

Partiya sədri bildirib ki, Gültəkin Hacıbəylinin istintaqa cəlb olunması ilə bağlı iddialar dolaşırdı:

“Lakin ortaya konkret fakt qoyulmayıb. Bəli, onun deportasiyası ilə əlaqədar məsələ var idi və Türkiyə deport etdi. Hazırda o, öz ölkəsindədir. Ümumilikdə, baş verənlərlə bağlı əsas açıqlamaları istintaq orqanları və rəsmi qurumlar verməlidir. Hazırkı mərhələdə isə elan olunan hadisənin miqyasına uyğun addımların atılmadığı barədə ictimaiyyətdə narahatlıq müşahidə olunur”.

Ləman İmran

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
globalinfo.az

1Mənbələr