AZ

İvett Kuper: İsrail təhlükəsizliyinə işğalla nail ola bilməz

ain.az bildirir, Reyting.az saytına əsaslanaraq.

“İsrailin təhlükəsizliyi Fələstinin təhlükəsizliyini və suverenliyini inkar edən sonsuz və alçaldıcı işğalla təmin edilə bilməz”.

Reyting.az xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyətlə bağlı iclasındakı çıxışında bildirib.

Onun sözlərinə görə, London İsrailin təhlükəsizliyini dəstəkləməkdə davam edir, amma Fələstinin təhlükəsizliyini və suverenliyini inkar edən sonsuz və alçaldıcı işğalla təhlükəsizliyə nail olmaq mümkün deyil.

Kuper onu da qeyd edib ki, region zorakılığa son qoymaq, daha yaxşı gələcəyə hazırlaşmaq, terrorizm və işğal olmadan davamlı sülhü təmin etmək potensialına malikdir.

E. KAMAL

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
reyting.az

1Mənbələr