Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Son vaxtlar alıcılar elektron platformalardan sifariş verdikləri məhsulların təhvil alınmasında gecikmələr müşahidə edirlər.
Tətbiqlərdə bağlamanın ölkəyə çatdığı göstərilsə də, lakin onun təhvil verilmə vaxtı olduqca gecikir.
Sakinlər Azərbaycan Televiziyasına ( AzTV) bildirirlər ki, məhsullar gömrükdən keçsə də, onların kuryerlə çatdırılması vaxt alır.
Onlayn alış-verişdə gecikmələr: Məhsullar ölkəyə çatır, amma alıcılara yox - VİDEO
Karqo şirkətləri isə vurğulayırlar ki, məhsulların uzun müddət anbarda qalması və gec təhvil verilməsi yalnız müştəri məmnuniyyətinə təsir etmir, eyni zamanda şirkət üçün də əlavə saxlanma xərci deməkdir.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Natiq Axundov bildirib ki, son zamanlar düzgün bəyan edilməyən və ümumiyyətlə heç bir bəyan edilməyən bağlamaların sayı artıb:
"Bu uyğunsuzluqların aşkar edilməsi istiqamətində araşdırmalar və tədbirlər aparılır".
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.