Avrokubokların pley-off mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi yenilənib.
İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasında İngiltərənin “Nyukasl” klubuna 1:6 hesabı ilə məğlub olub.
Bu nəticədən sonra Azərbaycan 22.937 əmsalla UEFA reytinqində 27-ci pilləyə enib.
Siyahıya 112.352 əmsalla İngiltərə başçılıq edir.