AZ

İtkin-şəhid Rafiq Hüseynov dəfn olunub - YENİLƏNİB

Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Rafiq Hüseynov dəfn olunub.

"Report"un məlumatına görə, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi Qaradağ rayonu Lökbatan qəsəbəsindənki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

10:41

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rafiq Hüseynovla Qaradağ rayonu Lökbatan qəsəbəsində vida mərasimi keçirilib.

"Report"un məlumatına görə, vida mərasimində mərhumun ailə üzvləri, rayon ictimaiyyəti, icra hakimiyyəti nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də media mənsubları iştirak ediblər.

Vida mərasiminin ardınca nəşin qalıqları dəfn olunmaq üçün qəsəbə Şəhidlər xiyabanına aparılıb.

Qeyd edək ki, Rafiq Hüseynov 1974-cü il aprelin 16-da Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. O, 1992-ci ildə Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.

"Cebheinfo.az"

Seçilən
31
7
cebheinfo.az

8Mənbələr