Xalqcebhesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Rafiq Hüseyn oğlu Hüseynovun qalıqları ailəsinə təhvil verilib.
APA xəbər verir ki, bu gün şəhidlə vida mərasimi keçirilib.
Daha sonra şəhidin qalıqları Qaradağ rayonu, Lökbatan qəsəbəsində ümumşəhər qəbiristanlığında dəfn edilib.
Qeyd edək ki, Hüseynov Rafiq Hüseyn oğlu 1974-cü ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. 1992-ci ildə 1-ci Qarabağ müharibəsində Ağdərə rayonu, Sırxavənd kəndində gedən döyüşlərdə itkin düşüb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.