AZ

Lənkəranda “Yaşa Hospitalı” fəaliyyətə başladı - FOTOLAR

Fevralın 20-də Lənkəran şəhərində yeni inşa edilən 90 çarpayılıq “Yaşa Hospitalı”nın açılış mərasimi keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və  Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov da iştirak ediblər.

Ümumi dəyəri 9 mln. manat, ümümi sahəsi 0,22 ha, tikinti sahəsi 4000 kv.metr olan hospitalın tikintisinə 2022-ci ilidən başlanılıb. 3 mərtəbə və mansarddan ibarət olan, ən müasir avadanlıqlarla təchiz olunan hospitalda 6 əməliyyat bloku, laboratoriya kabineti, 8 nəfərlik ümumi reanimasiya və 4 nəfərlik kardio reanimasiya bloku  mövcuddur. Hospitalda  ürək-damar, travmatoloji, neyroloji, ümumi, oftalmoloji və  plastik cərrahiyyə, angioqrafiya xidmətləri göstəriləcək. 

Hospitalın ümumi xəstə tutumu 90 nəfərlik, iş yerlərinin sayı isə 150 nəfərdir. Hospitalda günlük 300 nəfərə xidmət göstərilməsi nəzərdə tutulub.

Təcili tibbi yardımın təşkili üçün hospital 2 ədəd (biri reanimobil olmaqla) ambulans avtomobillə təmin olunub və 3 yerlik təcili yardım  xidməti şöbəsi fəaliyyət göstərəcək.

Tibbi avadanlıqlar Almaniya, Türkiyə, Cənubi Koreya və Yaponiyadan gətirilib (MRT, KT, angioqrafiya, mammoqrafiya, rentgen,  oftalmologi avadanlıqlar və digər) və regionda ilk dəfə olaraq “Yaşa Hospitalı”nda laporoskopik, endoskopik və  kolonoskopik əməliyyatları həyata keçiriləcək.

Sonda xatirə şəkiləri çəkdirilib.

Qeyd edək ki, ölkəmizdə səhiyyə sahəsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir və cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu sahəyə daima xüsusi diqqət və qayğı göstərir. Səhiyyənin inkişafı, maddi-texniki bazasının gücləndirilməsi, tibbi xidmətlərin ən müasir səviyyəyə çatdırılması, müasir tibb müəssisələrinin inşası və mövcud tibb müəssisələrinin əsaslı bərpası daim diqqət mərkəzində saxlanılır. Xüsusilə dövlət başçısının regionların sosial-iqtisadi inkişafı siyasətinin tərkib hissəsi kimi bütün bölgələrdə, o cümlədən cənub regionunda səhiyyə son dövrlər xeyli inkişaf edib.

Seçilən
27
unikal.az

1Mənbələr