Aparıcı tibbi tədarükçülərdən biri "AZƏRİ MED" şirkəti təşkilati-hüquqi formasını dəyişib.
Marja.az xəbər ver ki, Qapalı Səhmdar Cəmiyyəti (QSC) formasında fəaliyyət göstərən "AZƏRİ MED" şirkəti Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) çevrildiyini elan edib.
"AZƏRİ MED" şirkəti 15 noyabr 2007-ci il tarixində MMC təşkilati-hüquqi formasında dövlət qeydiyyatına alınmış, 15 oktyabr 2020-ci il tarixində QSC təşkilati-hüquqi formasına keçmişdi.
Hazırda "AZƏRİ MED" 8 milyon 255 min 510 manat nizamnamə kapitalına malikdir.
"Azəri Med" şirkəti Azərbaycanın ən sürətlə inkişaf edən aparıcı tibbi tədarükçülərindən biridir. Şirkət xəstəxanalar, apteklər və distribyutorları yüksək keyfiyyətli əczaçılıq məhsulları, qida əlavələri, tibbi cihazlar, sərf materialları və s.ilə təmin edir.
