AZ

Elşad Məmmədov İnklüziv Karyera Forumunda çıxış edib - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, professor Elşad Məmmədov Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən “İnklüziv İnkişaf Platforması” layihəsinin yekun tədbiri – İnklüziv Karyera Forumunda iştirak edib.

QHT.az xəbər verir ki, Forum əlilliyi olan şəxslərin inklüziv məşğulluğa çıxış imkanlarının genişləndirilməsi, onların əmək bazarında bərabər iştirakının təmin olunması və karyera inkişafının dəstəklənməsi məqsədilə təşkil olunub. Tədbirdə çıxış edən Elşad Məmmədov bildirib ki, bu cür təşəbbüslər sosial inklüzivliyin gücləndirilməsi və əmək bazarında bərabər imkanların yaradılması baxımından xüsusi əhəmiyyət daşıyır:

“Zənnimcə, Forum inklüziv məşğulluğun təşviq edilməsi, əlilliyi olan şəxslərin əmək bazarında bərabər iştirakının dəstəklənməsi və karyera imkanlarının yüksəldilməsi istiqamətində mühüm addım kimi dəyərləndirilə bilər"

Seçilən
4
qht.az

1Mənbələr