Aktual.az xəbər verir ki, bu barədə "Qarabağ" futbol klubunun yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, komandanın media nümayəndələri üçün açıq məşqi fevralın 22-də saat 20:15-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək:
"Baş məşqçi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı isə fevralın 23-də saat 14:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq".
Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində keçiriləcək "Nyukasl Yunayted" - "Qarabağ" oyunu fevralın 24-də İngiltərədə, "St James Park" stadionunda, saat 21:00-da (Bakı vaxtı ilə saat 00:00-da) start götürəcək.