Mədəniyyət nazirinin müavini Murad Hüseynov Avstriyaya səfəri çərçivəsində Vyana şəhərində dizayn və kreativ yaradıcılıq sahəsində beynəlxalq səviyyədə tanınmış “Veech X Veech” memarlıq bürosunun rəhbərləri Stüart Vix və Maşa Vix-Kosmaçov ilə görüşüb.
“İki sahil” xəbər verir ki, görüş zamanı mədəniyyət, dizayn və kreativ sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub, memarlıq bürosunun fəaliyyət sahəsi və layihələri haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, büro Avstriya və beynəlxalq səviyyədə layihələrin dizayn konsepsiyalarının hazırlanması, kreativ strategiya və brend inkişafı üzrə fəaliyyət göstərir.
Maşa Vix-Kosmaçov vaxtilə məşhur memar Zaha Hadidin komandasının üzvü kimi fəaliyyətindən, Bakıda Heydər Əliyev Mərkəzinin layihəsinin hazırlanmasından və Azərbaycana səfərlərindən məmnunluqla danışıb.
Görüş çərçivəsində gələcək mədəni və dizayn layihələrinin birgə təşkili barədə fikir mübadiləsi aparılıb.