Türkiyə Futbol Federasiyası və Türkiyənin hüquq mühafizə orqanları tərəfindən qeyri-qanuni pul qoyuluşlarına qarşı aparılan əməliyyatlar davam edir.
"Football-plus.az" xəbər verir ki, bu dəfə 10 fərqli şəhərdə 33 şübhəli klub rəsmilərinə qarşı əməliyyatlar keçirilib. Onlardan 32-si saxlanılıb. 1-nin isə axtarışları davam etdirilir. Bu barədə İstanbul Cümhuriyyət Prokurorluğu tərəfindən rəsmi məlumat paylaşılıb.
Orda qeyd olunub ki, saxlanılan klub rəsmilərinin qeyri-qanuni pul qoyuluşu ilə məşğul olduğu aşkarlanıb. Konkret desək, bu klub rəsmiləri öz klublarının oyunlarında rəqib kollektivlərin qələbəsinə pul qoyuluşu ediblər! Saxlanılanların iş otaqlarında axtarışlar aparılıb. Onların hesabları dondurulub.
Adlar açıqlanmasa da, məlum olub ki, saxlanılanlardan 5-nin superliqa təmsilçisi ''Konyaspor''la əlaqəsi var. Onlardan 1-i indi də bu klubda çalışırsa, 4-ü klubun sabiq rəsmisidi.
''Konyaspor''dan verilən açıqlamada bu məsələnin klub tərəfindən sona qədər gündəmdə saxlanılacağı və işin yekunları barədə ictimaiyyətə məlumat veriləcəyi qeyd olunub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta