ABŞ və Rusiya münaqişəyə son qoyulması üçün Ukrayna ordusunun Donbasdan çıxarılmasını şərt kimi irəli sürüblər.Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski belə açıqlama verib. O, AFP-yə müsahibəsində Ukraynanın Donbasdan geri çəkilməsinin şərt olduğunu bəyan edib. Zelenski, “Amerikalılar və ruslar deyirlər: Əgər bu münaqişənin bitməsini istəyirsinizsə, Donbasdan çıxın”, - deyə bildirib. Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Yuri Uşakov ABŞ tərəfinin Ankoricdə razılaşmaya əsasən, ərazi məsələsi həll edilmədən münaqişənin siyasi həllinin mümkün olmadığı fikrini qəbul etdiyini bildirmişdi.