Moskvada müəmmalı şəkildə meyitləri aşkarlanan ər-arvadın nəşləri Azərbaycana gətirilib.
"Unikal" xəbər verir ki, ər və arvad Ucarın Rəstəcə kəndində torpağa tapşırılıb. Onların 3 azyaşlı övladı isə Rusiya vətəndaşı olduqaları üçün Moskvada nənələrinin himayəsində qalıb.
Qeyd edək ki, 42 yaşlı Vasif Nağıyev orada kiçik bizneslə məşğul olub. Onun 39 yaşlı xanımı Aygül Hüseynova isə Rusiya vətəndaşlığını qəbul edib. Onların meyitləri yaşadıqları binanın önündə tapılıb. İlkin ehtimal kimi ər və arvadın intihar etdiyi iddia edilirdi.