İngiltərənin “Nyukasl” klubu rəsmi sosial şəbəkə hesabları vasitəsi ilə Bakıya səfərlərinə dair yeni paylaşım edib.
“İki sahil” xəbər verir ki, paylaşım “Bizim ən uzun yolçuluğumuz. Bizim Avropa kuboklarında ən böyükhesablı qələbəmiz” sözləri ilə paylaşılıb.
Xatırladaq ki, fevralın 18-də Bakıda “Qarabağ”a qarşı keçirilmiş UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyununda “Nyukasl” 6:1 hesabı ilə qələbə qazanıb. Cavab matçı fevralın 24-də İngiltərədə keçiriləcək.