AZ

UEFA “Barselona”nı cərimələyib

style='margin-bottom:10px;'>

UEFA “Barselona” klubunu cərimələyib.

QOL.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri UEFA-ya istinadən məlumat yayıb. Bildirilib ki, Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda Praqa “Slaviya”sı ilə keçirilən (4:2) oyuna görə Kataloniya təmsilçisi 30,5 min avro məbləğində cərimə olunub.

“Barselona” azarkeşlərinin pirotexniki vasitələr yandırmasına görə 15,5 min avro, komandaların meydana gec çıxmasına görə isə əlavə 15 min avro cərimə tətbiq edilib. Gecikmənin klubun baş məşqçisi Hans-Diter Flikin hərəkətləri ilə bağlı olduğu və ona UEFA tərəfindən xəbərdarlıq verildiyi vurğulanıb.

Seçilən
15
1
teleqraf.com

2Mənbələr