Azərbaycanın bəzi bölgələrində yas mərasimlərində təmtəraqlı ehsan süfrələrinin açılması, isti yeməklərin verilməsi məhdudlaşdırılıb və ya yığışdırılıb.
Qafqaz Müsəlmanları İdarəsindən NOCOMMENT.az -ın sorğusuna verilən cavabda bildirilib ki, ölkə üzrə yas mərasimlərində ehsan süfrələrinin verilməsinə dair heç bir rəsmi qadağa gündəmdə yoxdur.
Qurumun açıqlamasına görə, rəsmi statistika və ya bölgələr üzrə ayrıca tətbiq olunan məhdudiyyətlər mövcud deyil.
Yas mərasimlərində israfçılığın azaldılması tövsiyə olunsa da, ehsan verməyin dayandırılması ilə bağlı İdarə tərəfindən qəbul edilmiş hər hansı qərar yoxdur.
Aliyə