ain.az, Banco.az portalına istinadən məlumat yayır.
Müəllif:Mehin Qasımova,Banco.az
Amerikanın "OpenAI" şirkəti süni intellekt əsaslı yeni cihazlar üzərində işləyir.
Banco.az xəbər verir ki, bu barədə The İnformation mənbəyə istinadən məlumat verib.
Xəttə ağıllı dinamik, ehtimal ki, ağıllı eynək və ağıllı lampa daxil olacaq. Bu yeni cihazlar üzərində 200-dən çox insan çalışır.
Mənbələrə görə, şirkət əvvəlcə 200-300 dollar qiyməti olan ağıllı dinamik təqdim edəcək. Dinamik istifadəçilər və onların ətrafı haqqında məlumat toplayacaq kamera ilə təchiz olunacaq. Çatdırılmalar gələn ilin fevral ayından tez başlamayacaq.
Ağıllı eynəklərin kütləvi istehsala ən tez 2028-ci ilə qədər hazır olması ehtimalı azdır.
Qeyd edək ki, "OpenA"I texnologiya sahəsinə keçən il daxil olaraq iPhone dizayneri Jony Ive-in startap IO-sunu 6,5 milyard dollara satın alıb
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.