AZ

ABŞ HDQ-nin F/A-18 qırıcıları hədəfləri “StormBreaker”lər ilə vuracaq

ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) F/A-18E/F “Super Hornet” döyüş təyyarələri “Raytheon” şirkətinin “StormBreaker” ağıllı aviasiya bombaları ilə təchiz olunacaq.

“Poliqon” “Raytheon”a istinadən xəbər verir ki, ABŞ HDQ “StormBreaker” bombalarının “Super Hornet” təyyarələrində əməliyyat istifadəsini təsdiqləyib.

“StormBreaker”, həm quruda, həm də dənizdə, əlverişli və əlverişsiz hava şəraitində hərəkətli və sabit hədəfləri məhv edə bilən ağıllı aviasiya bombasıdır. Onun kompakt ölçüləri bir təyyarəyə əvvəlkindən daha çox yerüstü hədəfi vurmağa imkan verir. Bomba həmçinin mobil hədəflərə doğru uçaraq zərbə endirə bilir ki, bu da ekipajların təhlükəli zonada keçirdiyi vaxtı azaldır.

“StormBreaker” hazırda F-15E “Strike Eagle” və F/A-18E/F “Super Hornet” təyyarələrində istifadəyə təsdiqlənib və F-35 “Lightning II” (A/B/C variantları) üçün inteqrasiya prosesi davam edir.

Seçilən
13
poliqon.az

1Mənbələr