AZ

Azərbaycanda minik və yük avtomobilləri istehsalı artıb

Bakı. TurkicWorld:

Bu ilin yanvar ayında Azərbaycanda 402 ədəd minik avtomobili istehsal edilib.

TurkicWorld bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövründəki göstəriciyə nisbətən 1 960 ədəd və ya 71,1% çoxdur. Belə ki, 2025-ci ilin yanvar ayında ölkədə 235 ədəd minik avtomobilləri istehsal edilib.

Cari ilin fevralın 1-nə ölkədə hazır məhsul ehtiyatı 244 ədəd təşkil edib.

Eyni zamanda, hesabat dövründə ölkədə 56 ədəd yük avtomobili istehsal edilib ki, bu da 2025-ci ilin yanvar ayındakı göstərici ilə müqayisədə 48 ədəd və yaxud 7 dəfə çoxdur.

Bu ilin fevralın 1-nə hazır məhsul ehtiyatı 19 ədəd təşkil edib.

Qeyd edək ki, maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2026-сı ilin yanvar ayında 38,2 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin müvafiq ayı ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 2,1 dəfə artıb, maşın və avadanlıqların istehsalı 10,8 faiz azalıb.

Seçilən
0
1
turkic.world

2Mənbələr