AZ

Ağ evdən bir az aralı: Azərbaycan təhlükəsizliyinin görünməyən qəhrəmanları

Bakı. Trend:

Az qala bütün qurğuların tribunaya, hər cihazın internetə, həraparatın qlobal mikrofona çevrildiyi bir anda kiminsə fizikihərəkətlə, bağırmaqla ortaya çıxması ən yaxşı haldatərbiyəsizlikdir. Bu kobudluq ölkə prezidentinə qarşı yönəldilməyəçalışılırsa, təbii ki, ən yaxşı halda təxribatdır.

Demokratiya, söz azadlığı və KİV-in silaha çevrildiyi birzamanda çoxüzlü formatda hazırlanan qüvvələrlə mübarizə aparmaqolduqca çətindir. Bu qüvvələr ictimaiyyət qarşısına çıxandalövhələrində “demokratiya” yazılsa da, lövhənin sapı ən azındanxəncərdir. Xoşməramlı sima təqdim edən belə qruplar bir əlləri iləistənilən gözəl şüar göstərə bilərlər, lakin ciblərindəki digərəllərində mütləq tapança olacaq. Onlar fürsət gözləyirlər ki,əllərində olan və olmayan bütün vasitələrlə proqramlaşdırıldıqlarıhədəfə ən azından ləkə atsınlar.

Vaşinqtonda Prezident İlham Əliyevin qalacağı otel ətrafındatörədilməyə çalışılan təxribat da bu dəbdən düşmüş kampaniyanın son“pankart”larından idi. Qərb “fast-food”uyla yöndəmsiz piylənmişüç-beş şəxs səslərini meqafonla gücləndirərək ön plana çıxmağaçalışsa da, bu süni gurultunun arxasında məkrdən savayı heç biristək durmur.

Əslində bu nə qədər qara əməl olsa da, baş verdikdən sonra birneçə reallığa işıq saldı: birincisi, bu tip qrupların dünyanın həryerində hazır vəziyyətdə gözlədiyi reallığı; ikincisi, dünyanın həryerində bu cür təhdidləri dərhal neytrallaşdırmaq imkanına malikpeşəkar təhlükəsizlik strukturumuzun mövcudluğu reallığı.
Ölkənin ali şəxsinin təhlükəsizliyi birbaşa ölkənintəhlükəsizliyidir. 19 fevral 2026-cı ildə Azərbaycan AmerikaBirləşmiş Ştatlarında təmsil olunurdu; bundan beş gün əvvəl isəAlmaniyada idi.

Artıq ölkə, dövlət və hökumət anlayışı fiziki sərhədlərləölçülmür; ölkə sərhədləri torpaq üzərinə sabitlənmiş tikanlıməftillər deyil, indi sərhədlər daha innovativ materialdandır.Qlobal dünyada ölkənin taleyi harada həll olunursa, həmin günölkənin sərhədləri həmin konfransa, şuraya, foruma daşınır vəgenişlənir. Bu əzəmətli reallıqda Prezidentin TəhlükəsizliyiXidmətinin işi bəzən ölkə ordusunun fəaliyyəti qədər vacibsəviyyəyə yüksəlir.

Xidmət əməkdaşları səyyar sərhədçi kimi, az qala, hər gündünyanın bir ölkəsində milli keşik çəkməlidirlər. Hər anı diqqət,sayıqlıq və soyuqqanlıq tələb edən bu təhlükəsizlik işi Münxendə,xüsusən də Vaşinqtonda aydın lövhələrdə əks olundu. AzərbaycanRespublikası Dövlət Mühafizə Xidmətinin rəisi Fərid Əsgərov buordunun komandiri kimi kritik məqamda qəhrəmanlıq göstərdi;dünyanın mərkəzində, Ağ evin bir addımlığında püskürülən bu zülmətazərbaycanlı təhlükəsizlik əsgərlərinin sayəsində dərhalneytrallaşdırıldı.

Bütün bu hadisələr göstərdi ki, ölkənin təhlükəsizliyi artıqsadəcə fiziki sərhədlərlə ölçülmür; onun möhkəmliyi, davamlılığı vənüfuzu görünməyən, lakin hər an fəaliyyətə hazır olan peşəkarqurumların səmərəliliyi ilə qorunur.

Məqalədə:
Seçilən
24
7
az.trend.az

8Mənbələr