AZ

Pallone Azərbaycana qarşı qarayaxma kampaniyasının əsas iştirakçılarından birinə çevrilib RƏY

Baku.ws saytına istinadən ain.az xəbər verir.

Prezident İlham Əliyevin amerikalı həmkarı Donald Trampın dəvəti ilə Vaşinqtona səfəri zamanı baş vermiş insident dövlət başçısının təhlükəsizliyinə yönəlmiş ciddi pozuntu olmaqla yanaşı, həm də yerli qanunların pozulması faktıdır.

BAKU.WS xəbər verir ki, bu fikri report-a açıqlamasında Mİlli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

O qeyd edib ki, dövlət başçısının və ya yüksək vəzifəli şəxsin olduğu məkan mühafizə zonası hesab olunur və ABŞ qanunvericiliyinə əsasən belə ərazilərdə istənilən aksiya keçirmək üçün əvvəlcədən xüsusi icazə alınmalıdır:

"Dövlət başçılarının təhlükəsizliyi bütün ölkələrdə prioritet sayılır və təhlükəsizlik perimetrinin pozulması məsuliyyət yaradır.

ABŞ Konqresinin üzvü Frank Pallone uzun illərdir ki, Azərbaycanla bağlı Konqres müstəvisində formalaşdırılan mənfi siyasi narrativin əsas fiqurlarından biri kimi tanınır. O, xüsusilə erməni diaspor təşkilatları ilə şübhəli və qeyri-şəffaf əməkdaşlığı ilə seçilir. 2020-ci il Vətən müharibəsi dövründə və ondan sonrakı mərhələdə Pallonenin çıxışları və təşəbbüsləri açıq şəkildə Azərbaycan əleyhinə yönəlmiş siyasi xəttin tərkib hissəsi idi. Bu gün Azərbaycana qarşı qarayaxma kampaniyalarının "fəal" iştirakçılarından birinə çevrilən Pallonenin ABŞ-dakı əsas erməni diaspor təşkilatı olan ANCA ilə yaxın əməkdaşlığı mövcuddur".

P. Vəliyeva xatırladıb ki, F.Pallone Azərbaycana ABŞ dövlət yardımlarının qarşısını alan 907-ci düzəlişin müəlliflərindən biri, Azərbaycan torpaqlarının işğal altında saxlanmasına çağıran, vaxtilə işğal altında olan torpaqlara səfər edən, Xocalı qatillərini müdafiə edən, çoxsaylı insanlıq əleyhinə cinayətlər törətmiş Ruben Vardanyan, Arayik Harutyunyan, Bako Saakyan və digərlərini "əsir" adlandıraraq azad olunmasına çağırış edən şəxsdir:

"Erməni lobbisinin maliyyəsi ilə səs qazanan, öz uğursuz fəaliyyətlərini ört-basdır edən Pallone kimi bəzi konqresmenlər erməni diasporuna xidmət edən ucuz populizm şousu ilə yenidən seçilmək istəyirlər. Onlar Vaşinqton sülh razılaşmalarını, iki ölkə arasında normallaşma üzrə irəliləyişləri də həzm edə bilmirlər. Çünki münaqişənin davam etməsi onların işinə yarayır".

Deputat vurğulayıb ki, son dövrlərdə Azərbaycana qarşı aparılan dezinformasiya kampaniyaları ictimai rəyi manipulyasiya etmək, cəmiyyətdə parçalanma yaratmaq və dövlət institutlarına inamı sarsıtmaq məqsədi daşıyır:

"Mövcud vəziyyət göstərir ki, Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşdığı bir vaxtda hibrid təhdidlər, habelə informasiya müharibəsi və siyasi təzyiq mexanizmləri daha da intensivləşir".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
1
baku.ws

2Mənbələr