AZ

Ağ Ev Ali Məhkəmənin qərarından sonra bu tarifləri ləğv etdi

ABŞ Ali Məhkəmənin müvafiq qərarından sonra bəzi gömrük rüsumlarının qüvvəsini ləğv edib.

Bu barədə Ağ Evin saytında yerləşdirilən bəyanatda deyilir.

Bəyanatda vurğulanır ki, fövqəladə vəziyyət haqqında qanun bəhanəsi ilə tətbiq edilən rüsumların qüvvəsi dayandırılır. Söhbət xüsusilə ABŞ-nin 2025-ci ilin aprelində 185 ölkə və ərazidən gələn məhsullara tətbiq etdiyi rüsumlardan gedir.

Bundan əlavə, qeyri-qanuni miqrasiya və narkotik qaçaqmalçılığı ilə mübarizə bəhanəsi ilə Çin, Meksika və Kanadaya, habelə Venesueladan neft və ya qaz alan ölkələrə qarşı tətbiq edilən rüsumlar ləğv olunur. Həmçinin Hindistanın Rusiya neftini alması ilə əlaqədar 2025-ci ilin avqustunda ona qarşı tətbiq edilmiş 25 %-lik əlavə rüsumlar haqqında fərmanın qüvvəsi də dayandırılıb. Bu rüsumların tətbiqi fevralın 7-də dayandırılmışdı.

Kubadan neft tədarük edən dövlətlərə, eləcə də İrandan mal və ya xidmət idxal edən ölkələrə qarşı rüsumların tətbiqini nəzərdə tutan fərmanlar da ləğv edilib.

Seçilən
7
5
azpost.info

6Mənbələr