AZ

Azərbaycanda informasiya və rabitə xidmətlərinin dəyəri 10% artıb

Bakı. Trend:

Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərənmüəssisələr tərəfindən 2026-cı ilin yanvar ayında göstərilmişxidmətlərin dəyəri 316,1 milyon manat təşkil edib.

Trend bubarədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, əvvəlki ilin yanvar ayı ilə müqayisədəgöstərilmiş xidmətlərin dəyəri real ifadədə 10 faiz artıb.

Bildirilib ki, sözügedən sahə üzrə ödənişli xidmətlərindəyərinin 67,4 faizi əhali tərəfindən istehlak olunub. Bu sahədəəldə edilmiş gəlirin 84,1 faizi qeyridövlət sektorunun payınadüşüb. Xidmətlərdən əldə edilən gəlirin 35,9 faizi və ya 113,4milyon manatı isə mobil telefon rabitəsi sahəsində formalaşıb.

Məqalədə:
Seçilən
20
1
az.trend.az

2Mənbələr