Bakıda motosikleti səkiyə vuran 18 yaşlı sürücü ölüb.BUTA.TVAPA-ya istinadla xəbər verir ki, paytaxtın Suraxanı rayonunda baş verib. Məlumata görə, rayonun Zığ qəsəbəsinin ərazisində hərəkətdə olan 2008-ci il təvəllüdlü Məhəmməd Ovçuyev idarə etdiyi “Minsk” markalı motosikleti səkiyə vurub. M.Ovçuyev hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.