Qərar bu vaxta qədər mübahisəli olan işçinin əlavə məzuniyət pulu alıb-almaması ilə bağlıdır.
Əvvəllər işdən çıxan işçilərə Əmək Məcəlləsinin 115-117 və 118-1-ci maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə görə kompensasiya verilmirdi. Bu isə bərabərlik və ədalət prinsiplərinə zidd hesab edilirdi. İndi isə Məhkəmə Plenumu Ombudsmanın sorğusu əsasında Əmək Məcəlləsinin 144-cü maddəsinin 2 və 3-cü hissələrini Konstitusiyaya uyğunluğunu yoxlayıb.
Plenum qərar qəbul edib ki, işçi işdən çıxarkən istifadə etmədiyi əlavə məzuniyyətlərə görə də kompensasiya almalıdır. Kompensasiya məbləği isə əsas məzuniyyət üçün müəyyən edilən qaydada hesablanacaq.
Konstitusiya Məhkəməsinin bu qərarı əmək müqavilələrinə xitam verilən bütün münasibətlərə və hazırda məhkəmələrin icraatında olan işlərə şamil olunur. Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən dəyişdirilə və ləğv oluna bilməz.
Qeyd edək ki, qanunda nəzərdə tutulan əsas məzuniyyət müddəti 21 gündür. Əlavə məzuniyyət isə xüsusi hallarda və müəyyən kateqoriyadan olan işçilərə verilir. Buna misal kimi zərərli və ağır işlərdə işləyənləri, xüsusi dövlət və ictimai vəzifələrdə işləyənlərə, uşaqlı qadınlara və sair verilir./Qafqazinfo