Turkstan.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
İranın xarici işlər naziri Abbas Araqçi və Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Sani ABŞ və İran arasında davam edən dolayı nüvə danışıqlarındakı inkişafları müzakirə ediblər.Turkustan.az xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, Əraqçi ilə Əl Sani arasında telefon danışığı olub.Hər iki ölkənin rəsmiləri son regional və beynəlxalq hadisələr barədə fikir mübadiləsi aparıb və Tehranla Vaşinqton arasında dolayı danışıqların son vəziyyətini müzakirə ediblər.Tərəflər həmçinin diplomatik prosesi asanlaşdırmaq və irəlilətmək məqsədilə regional əməkdaşlıq çərçivəsində məsləhətləşmələrin və əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Aytən Yaşar/ Turkustan.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.