Yazını böyüt
Yazını kiçilt
2026-cı ilin yanvar ayında quş əti də daxil olmaqla diri çəkidə 47,5 min ton ət, 158,9 min ton süd, 182,8 milyon ədəd yumurta istehsal edilib.
Hafta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi tərəfindən dərc edilən aylıq statistikada qeyd olunub.
Bildirilir ki, 2025-ci ilin müvafiq ayına nisbətən ət istehsalı 0,4 faiz artıb, süd istehsalı 0,5 faiz, yumurta istehsalı 5,7 faiz azalıb.