AZ

Yasamal rayonunda tikilinin sökülməsi ilə bağlı Kristal dan AÇIQLAMA

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Yasamal rayonu, Xarici Dairəvi yolun kənarında yerləşən tikilinin sökülməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirilib.

Oxu.Az-a "Kristal"dan verilən məlumata görə, sözügedən tikili ilə bağlı məsələ məhkəmə qaydasında araşdırılmış və Bakı Apellyasiya Məhkəməsinin 30.09.2025-ci il tarixli, 2(103)-443/2025 saylı qərarı ilə 53 kvadratmetr sahəsi olan özbaşına tikilinin 34 500 manat kompensasiya ödənilməklə boşaldılaraq sökülməsi qərara alınıb.

Qərar qanuni qüvvəyə mindikdən sonra icra sənədi 26 yanvar 2026-cı il tarixində verilib və Yasamal Rayon İcra Şöbəsi tərəfindən icraata yönəldilib. Həmçinin borcluya məhkəmə qərarının könüllü icrası üçün vaxt verilib, rəsmi qaydada bildiriş təqdim edilib.

Lakin müəyyən edilmiş müddət ərzində tikili könüllü şəkildə boşaldılmadığı üçün "İcra haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq məcburi icra tədbirləri həyata keçirilib. İcra prosesi dövlət icra məmurunun rəhbərliyi ilə, polis əməkdaşlarının, təcili tibbi yardım briqadasının və digər aidiyyəti qurumların iştirakı təmin edilməklə həyata keçirilib.

Şirkətdən bildirilib ki, bu, prosesin tam şəffaf və təhlükəsizlik qaydalarına uyğun icra olunması məqsədi daşıyıb və söküntü tam qanuni əsaslarla həyata keçirilib. Bildirişin verilməməsi və icazəsiz söküntü aparılması ilə bağlı səsləndirilən iddialar həqiqəti əks etdirmir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
18
oxu.az

10Mənbələr