AZ

Qazdıqları yerdən qızılla dolu məzar çıxdı FOTO

Olke.az saytından alınan məlumata görə, ain.az bildirir.

Panamada qazıntı aparan şəxslər içərisi qızılla dolu məzar aşkar edib.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, məzar Nata bölgəsindəki El Kano arxeoloji ərazisində tapılıb.

Təxminən 20 ildir ki, qazıntıların davam etdiyi ərazidə əvvəllər İspaniyadan əvvəlki dövrə aid çoxsaylı qalıqlar aşkar edilib.

Qazıntı işlərinin rəhbəri arxeoloq Culiya Mayo məzarın eramızın 800-1000-ci illəri arasında olduğunu bildirib və əlavə edib: "Biz əvvəllər heç vaxt belə bir şey görməmişdik".

Mayo bildirib ki, skeletlərin qızıl əşyalar və ənənəvi motivlərlə bəzədilmiş keramika ilə əhatə olunmuş şəkildə tapılması dəfn olunmuş şəxslərin yüksək sosial statusa malik olduğunu göstərir.

Mütəxəssislər qızıl zinət əşyaları ilə dəfn edilən şəxsin icmanın ən yüksək vəzifəli üzvlərindən biri olduğuna inanırlar. Skeletin yanında iki bilərzik, iki sırğa və yarasa və timsah fiqurları olan döş nişanlarının tapıldığı açıqlandı. Məzarda yüzlərlə qızıl aksesuarın da olduğu bildirilir.

El Kano şəhərinin 8-11-ci əsrlər arasında Panamanın mərkəzi bölgələrində yaşamış cəmiyyətlərlə əlaqəli olduğu deyilir. Julia Mayo ərazinin təxminən 200 il qəbiristanlıq kimi istifadə edildiyini bildirib. Qeyd olunub ki, eyni ərazidə əvvəllər oxşar xüsusiyyətlərə malik doqquz başqa məzar da aşkar edilib.

Panama Mədəniyyət Nazirliyi bu kəşfi Panama arxeologiyası və Mərkəzi Amerika İstmusundakı İspanaqədərki cəmiyyətlərin öyrənilməsi üçün böyük əhəmiyyət kəsb edən böyük bir tapıntı hesab edib.

Mütəxəssislərin fikrincə, qazıntılar göstərir ki, bu cəmiyyətlərdə ölüm son deyil, sosial statusun davam etməsində yeni bir mərhələ kimi qəbul edilirdi. Elitlərin qızılla dəfn edilməsi, min ildən sonra belə, dövrün sosial quruluşuna işıq salır.

Billurə

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
2
olke.az

3Mənbələr