AZ

İnsanlar niyə laqeydləşir? PSİXOLOQ RƏYİ

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Son dövrlərdə insanların gündəlik məsələlərə laqeyd yanaşması diqqət çəkir.

Sağlamlıq, iş, təhsil və hətta şəxsi həyat məsələləri belə “sonra edərəm” düşüncəsi ilə qarşılanır. İnsanlar əhəmiyyətli qərarları ertələyir, məsuliyyətləri gecikdirir və nəticədə həm özlərinə, həm də ətraflarına təsir göstərir.

İnsanlar “hər şeyi sonra edərəm” düşüncəsinə niyə üstünlük verirlər?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında psixoloq Gülnar Ağayeva bildirib ki, insanların laqeyd görünməsinin bir neçə psixoloji səbəbi var:

"Bu, əksər hallarda düşündüyümüz kimi sadəcə “vecsiz olmaq” anlamına gəlmir. Çox vaxt laqeydlik insanın özünü qoruma üsuludur. Məsələn, bir insan dəfələrlə incidilibsə, xəyal qırıqlığı yaşayıbsa və ya güvəndiyi insanlardan zərbə alıbsa, bir müddət sonra emosional olaraq məsafə saxlamağa başlayır. Bu, şüurlu qərar olmaya da bilər. Sadəcə olaraq, insan ürəyini qorumaq üçün “boş ver” mövqeyi tutur.

Digər səbəb emosional tükənmədir. Uzun müddət davam edən stress, problemlər, maddi və ya ailə qayğıları insanın enerjisini azaldır. Beyin və psixika artıq hər hadisəyə reaksiya verməyə güc tapmır. 

Bu zaman insan kənardan soyuq və laqeyd görünə bilər, amma əslində o sadəcə yorulub".

Psixoloq qeyd edib ki, öyrənilmiş çarəsizliyin təsir də burda çox böyükdü:

"İnsan dəfələrlə çalışıb, səy göstərib, amma nəticə görməyibsə, zamanla “mən nə etsəm də dəyişməyəcək” düşüncəsinə qapıla bilər. Bu düşüncə isə onu passiv və laqeyd hala gətirir".

Gülər Həsənli 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
1
cebheinfo.az

2Mənbələr