AZ

UNESCO-nun mənzil-qərargahında Beynəlxalq Ana Dili Günü qeyd olunub 

UNESCO-nun mənzil-qərargahında Beynəlxalq Ana Dili Gününə həsr olunmuş yüksəksəviyyəli tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Banqladeşin UNESCO yanında Daimi Nümayəndəliyi və UNESCO-nun Təhsil Sektorunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan da təmsil olunub.

Tədbir çərçivəsində “Sülh, təhsil və davamlı inkişaf üçün dil” mövzusunda panel müzakirə təşkil edilib. Paneldə çoxdilliliyin sülhün təşviqində, inklüziv və keyfiyyətli təhsilin təmin edilməsində, eləcə də davamlı inkişaf məqsədlərinə nail olunmasında mühüm rolu vurğulanıb. İştirakçılar ana dilində təhsilin insanın inkişafına, özünəinamına və mədəni kimliyinin qorunmasına verdiyi töhfələrdən bəhs ediblər.

Rəsmi hissədən sonra tədbir zəngin mədəni proqramla davam edib. Mədəni hissədə Azərbaycan ifaçısı Sona İskəndərli tərəfindən “Ölkəm” və “Hamıdan gözəl mənəm” mahnıları səsləndirilib, həmçinin milli rəqs nümunəsi təqdim olunub.

Qeyd edək ki, fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ildə UNESCO-nun Baş Konfransı zamanı Banqladeşin təşəbbüsü ilə bu tarix Beynəlxalq Ana Dili Günü elan edilib.

Seçilən
1
1
azerbaijan-news.az

2Mənbələr