Azərbaycan Dəmir Yolları (ADY) və Parlaq İmzalar Nəşriyyatının qiraət sevgisini səfərlərə daşıyan layihəsi yenidən sərnişinlərlə görüşdü - kitab hədiyyəsi ənənəsi davam etdirildi.
“İki sahil” ADY-yə istinadla xəbər verir ki, layihə çərçivəsində Bakı–Qazax, Bakı–Ağstafa və Bakı–Ağdam marşrutları üzrə hərəkət edən qatarlarda şənbə günləri sərnişinlərə kitablar təqdim olunur.
“Bir kitab bəzən ən gözəl yol yoldaşıdır. Biz də bu dəyəri paylaşmağa davam edirik”, - ADY-nin məlumatında bildirilir.