Bu ilin yanvar ayında Azərbaycanda tikinti materiallarının istehsalının ümumi dəyəri 117,8 milyon manat təşkil edib.
“İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 39,3 % çoxdur
Məlumata görə, ay ərzində ölkədə asfalt istehsalı 2,1 dəfə artaraq 5,2 min tona, tikinti əhənginin istehsalı isə 40 % artaraq 2,8 min tona çatıb.
Hesabat dövründə betondan yığma tikinti konstruksiyalarının istehsalında 4,9 min kubmetr (+28,9 %), sement klinkerlərinin istehsalında isə 395,5 min ton (+13,7 %) qeydə alınıb.
Bu müddət ərzində tikinti şüşəsinin istehsalı 8,3 % artaraq , 843,6 min kvadratmetrə çatıb.
Eyni zamanada gips məmulatlarının istehsalı 75,7 % azalaraq 1,7 min ton, tikinti gipsinin istehsalı isə 85,1 % azalaraq 1000 ton təşkil edib.
Bu ilin yanvar ayında sement və betondan hazırlanan kərpiclərin, habelə oxşar məmulatların istehsalı 63 % azalaraq 4,4 tona düşüb.
Hesabat dövründə tikinti kərpiclərinin istehsalında 40,8 min kubmetr (- 20,2 %), hazır beton istehsalında isə 281 min ton (- 20,9 %) müşahidə olunub.