AZ

Anri Barsa nın Osimhen kimi forvarda ehtiyacının olduğunu dedi

ain.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransa futbolunun əfsanəsi Tyerri Anri sabiq klubu ''Barselona''nın indiki durumunu şərh edərkən maraqlı fikirlər səsləndirib. "Football-plus.az"ın məlumatına görə, ''Sport'' nəşrinə acıqlamalar verən 48 yaşlı Anri Kataloniya nəhənginin əsil mərkəz hücumçusuna ehtiyac duyduğunu bildirərək bunları deyib:

''Barselona''nın həqiqi ''9 nömrə''yə ehtiyacı var. Ən yüksək səviyyəli forvarddan danışıram. Viktor Osimhen, Erlinq Holann və Harri Keyn kimi bitiriciləri nəzərdə tuturam. Onlara potensiallı futbolçu lazım deyil. Hazır və hər fürsəti qola çevirən bir oyunçu lazımdı. Heyətində Lamin Yamal kimi bir istedad varsa, onun yaratdığı fürsətləri qola çevirmək məcburiyyətindəsən. Bu səviyyələrdəki oyunlarda hücumçuya qol vurmaq üçün bircə şans yetərli olmalıdı. Amma mən bu mövsüm ''Barselona''da bunun tam əksini görürəm. Çoxlu qol fürsətləri qaçırılır. ''Barselona'' kimi bir klubda bu, olmamalıdı''.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
2
icma.az

3Mənbələr