AZ

Füzuli Məmmədov: “Ağır məğlubiyyət oldu”

ain.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

"Karvan-Yevlax" Misli Premyer Liqasının 21-ci turunda doğma meydanda "Araz-Naxçıvan"a 0:2 hesabı ilə uduzub.

Apasport.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Füzuli Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Ağır məğlubiyyət oldu. Oyuna çox yaxşı başlamışdıq. Birinci hissədə bir neçə qol epizodu yaratdıq. Amma qalib gəlmək üçün bu fürsətləri dəyərləndirmək lazımdır. "Araz-Naxçıvan" keyfiyyət baxımından bizi üstələdi. Əllərinə düşən bir imkandan istifadə etdilər. İkinci yarıda oyunu çevirmək istəyirdik. Penaltidən sonra çətin oldu. Əvəzetmələrlə oyunu gücləndirmək istədik. Keyfiyyət amili baxımından rəqibə məğlub olduq".

- İkinci hissədə keyfiyyət amilini əzmkarlıqla sığortalamaq olardı? 

- İkinci hissədə daha gümrah futbolçuları meydana buraxdıq, sistemdə dəyişiklik etdik. Bununla hücum xəttində say artdı. Qalib gəlmək üçün qol vurmaq lazımdır. Epizodları yaradırıq. Amma son vuruşlarda keyfiyyət önəmlidir. Futbolçular əzmkarlıq göstərdilər. Amma bu, azdır.

- Sizin rəhbərliyiniz altında"Karvan-Yevlax" qələbə qazana bilməyib...

- Çox çalışırıq. Bu oyuna da qələbə üçün çıxmışdıq. Rəqibə pressinq tətbiq edirdik. Bunun üçün güc lazımdır. Pressinqlə yaxşı qol epizodları yaratdıq. Bunları vurmaq lazımdır.

- 35-ci dəqiqədən sonra komandada düşüş hiss olundu. Fiziki durum qaydasındadır?

- Sizinlə razı deyiləm. Komanda birinci hissədə pressinq tətbiq elədi. Ola bilər ki, futbolçular situasiyaya uyğun olaraq arxadan əks-hücuma çıxıblar. Fiziki və taktiki cəhətdən məğlub olmadıq. Biz bu gün rəqibə keyfiyyət baxımından uduzduq.

- Komandanı Premyer Liqada saxlamağa gücünüz çatacaq?

- Çox çalışıram. Sona qədər də çalışacam. İlk gündə neçə başlamışdımsa, elə də davam etdirəm.

Millimiz Belarusla üz-üzə gələcək

Saşa İliç: “Bunun cavabını tapa bilmirəm”

Kaxaber Tsxadadze: “Penalti vurmağı öyrənsək, yaxşı olacaq”

Kurban Berdıyev: “Turnir cədvəlinə fikir vermirik”

"Sumqayıt" yenə xal itirdi - YENİLƏNİB

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
7
apasport.az

10Mənbələr