ain.az, Axar.az saytına istinadən bildirir.
Misli Premyer Liqasının XXI turunda "Araz-Naxçıvan" səfərdə "Karvan Yevlax"la qarşılaşıb.
Axar.az xəbər verir ki, Yevlaxda keçirilən matç qonaqların 2-0 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbə ilə "Araz-Naxçıvan"33 xalla turnir cədvəlinin beşinci sırasına yüksəlib. Sonuncu olan "Karvan-Yevlax" isə 6 xalla on ikinci pillədə yer alıb.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Turan Tovuz" "Zirə"ni (2:0) məğlub edib. "Sumqayıt" - "Qəbələ" oyununda isə qapılara qol vurulmayıb. XXI tura fevralın 22-də yekun vurulacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.