AZ

Qalib gəlmək üçün bu fürsətləri dəyərləndirmək lazımdır Fizuli Məmmədov

Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.

Misli Premyer Liqasında 21-ci turunoyunları keçirilir.

Fanat.Az xəbər verir ki, autsayder “Karvan-Yevlax” “Araz-Naxçıvan”ı qəbul edib. Qarşılaşma qonaqların inamlı qələbəsi ilə yekunlaşıb.

Meydan sahiblərinin baş məşqçisi Fizuli Məmmədov "Karvan-Yevlax"- "Araz Naxçıvan" matçından sonra jurnalistlərin suallarını cavablandırıb:

"Ağır məğlubiyyət oldu. Oyuna çox yaxşı başlamışdıq. Birinci hissədə bir neçə qol epizodu yaratdıq. Amma qalib gəlmək üçün bu fürsətləri dəyərləndirmək lazımdır. "Araz-Naxçıvan" keyfiyyət baxımından bizi üstələdi. Əllərinə düşən bir imkandan istifadə etdilər. İkinci yarıda oyunu çevirmək istəyirdik. Penaltidən sonra çətin oldu. Əvəzetmələrlə oyunu gücləndirmək istədik. Keyfiyyət amili baxımından rəqibə məğlub olduq."

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
1
fanat.az

2Mənbələr