AZ

Şəhidimizin atası vəfat etdi

Şəhid mayor Asiman Əliyevin atası vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, şəhidin atası Vaqif Əliyev ürəktutmadan dünyasını dəyişib.

Qeyd edək ki, Asiman Vaqif oğlu Əliyev 1987-ci il fevralın 1-də Ordubad rayonunun Düylün kəndində anadan olub. 44 günlük Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 7 noyabr tarixində Hadrut istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Asiman Əliyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Seçilən
7
9
bakivaxti.az

10Mənbələr