AZ

Dünyanın ən böyük futbol stadionu bu ölkədə tikilir

Vyetnamın paytaxtı Hanoyda dünyanın ən böyük futbol stadionu inşa edilir.

Trend xarici KİV-ə istinadla xəbər verir ki, “Tronq Donq” (“Bürünc baraban”) adlandırılacaq stadionunun tamaşaçı tutumu 135 min nəfər olacaq. Bu, Şimali Koreyanın paytaxtı Pxenyandakı “1 May” stadionunun tutumundan 5 min oturacaq çoxdur.

Stadionun inşasının 2028-ci ildə tamamlanması gözlənilir. Açılıb-bağlanan dam örtüyünə malik “Bürünc baraban”da idman yarışları ilə yanaşı, bir sıra ictimai və mədəni tədbirlər də keçiriləcək.

Qeyd edək ki, smeta dəyəri təxminən 35 milyard ABŞ dolları olan stadionun təməli 2025-ci ilin dekabrında qoyulub.

Seçilən
1
6
anews.az

7Mənbələr